27 Oktyabr 2023, 09:49
FUTBOL
Avrokuboklarda keçirilən qrup mərhələsinin III tur oyunlarından sonra UEFA reytinqində müəyyən dəyişikliklər olub. Matc.az saytı xəbər verir ki, Azərbaycan bu dəfə də 29-cu pillədə qalıb.
çünki təmsilçimiz "Qarabağ" Avropa Liqasında "Bayer"ə səfərdə 1:5 hesabı ilə məğlub olub. Bu üzdən Azərbaycanın aktivinə xal əlavə olunmayıb. ölkəmizin cari mövsümdəki əmsalı 3,625-di. Son 5 mövsümdəki ümumi xalların sayı 17,875-də qalıb. Azərbaycanı indi yuxarı pillələrdəki Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal ayırır.
Keçirilən oyunlardan sonra çexiya, Norveç, Polşa, Qazaxıstan və Farer adaları reytinqdə irəliləyib, Serbiya, Xorvatiya, İrlandiya, Finlandiya və Lixtenşteyn isə geriləyib.
Reytinqə 93,178 xalla İngiltərə başçılıq edir. İspaniya (79,614) ikinci, İtaliya (75.855) isə üçüncü yerdədi.