"Nyukasl" yarımmüdafiəçi Sandro Tonalinin mərc etdiyinə görə cəzalandırılması ilə bağlı rəsmi açıqlama yayıb .

Matc.az xəbər verir ki, klub Sandro Tonalinin İtaliya Futbol Federasiyası (FIGC) tərəfindən qeyri-qanuni mərc oynama iddiaları ilə əlaqədar 27 oktyabr 2023-cü il tarixindən etibarən 10 ay müddətinə futboldan uzaqlaşdırdığını təsdiqləyib.

Qurumun sanksiyalarına 18 aylıq qadağa daxildir. Oktyabrın 27-də "Nyukasl" FİFA-nın oyunçunu bütün rəqabət xarakterli yarışlarda iştirakdan kənarlaşdırmaq üçün FIGC sanksiyalarını təsdiqlədiyinə dair təsdiq alıb.

Bu o deməkdir ki, Sandro 2024-cü il avqustun 27-də futbola qayıda biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest