"Barselona"nın baş məşqçisi Xavi La Liqanın 11-ci turunda "Real"a məğlubiyyəti şərh edib.
 
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "60 dəqiqə üstünlük təşkil etdik və siz ikinci qolu vurmayanda, "Real" belə şeylər edir. Bir qol vurmaq üçün bizə beş-altı qol şansı lazımdır. Madrid təmsilçisi isə iki və ya üç şansla səni vurur. Səmərəliliyimiz çatışmırdı, amma qələbəyə layiq idik. Bu futboldur. Bununla da bitmir. Səbirli olmaq və işləməyə davam etmək lazımdır. Əla oyun keçirdik. Qol imkanlarımız oldu. Bu gün hər şey səmərəliliklə bağlı idi. Nəticə məyusedicidir. Heç-heçə olsa belə, sevinməzdik. Qələbə qazanmaq üçün oynadıq və oyunda bir addım irəli getdik. Düşünürəm ki, kim qalib gəlməli idisə, bu, biz olardıq. "Real"ı bağışlayanda onlar səni cəzalandırırlar".
 
Qeyd edək ki, kataloniyalılar evdə 1:2 hesabı ilə uduzublar: İlkay Gündoğan 6-cı dəqiqədə, ikinci hissədə isə Cud Bellinqem dubla imza atıb (68 və 92-ci dəqiqələr).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest