İlk hissədə yorğunluğa görə alınmırdı oyunumuz. Həddindən artıq emosiya göstərdik. Qarşıdakı oyunlara baxacağıq.

"İkinci hissədə qələbə qazanmaq istəyən komanda var idi".

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib. çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib: "Yorğunluq var idi. İlk dəqiqələrdən top itkiləri oldu. Fasilədən sonra fərqli "Sumqayıt" gördük. Əlimizə düşən imkanları qola çevirə bilmədik. İkinci hissədə qələbə qazanmaq istəyən komanda var idi. İlk hissədə yorğunluğa görə alınmırdı oyunumuz. Həddindən artıq emosiya göstərdik. Qarşıdakı oyunlara baxacağıq. Bir həftə vaxtımız var. Yorğunluğu atmağa çalışacağıq. Hiss olunurdu yorğunluq. "Qəbələ" açıq futbol oynayır. Həm irəlidə, həm arxada yaxşı olmalı idik. İlk hissədə cinahlarda aktiv ola bilmədik. Bu da sırf yorğunluqla bağlı idi. Hücumlarda sonluğu gətirə bilməməyimiz fərdi keyfiyyətlə bağlıdır. Bunun bir izahı var".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest