"Komandam meydançada istədiyimiz bəzi elementləri verməyə çalışır".
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında "Sumqayıt" ilə 0:0 hesablı heç-heçə edən "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib. çalışdırıcı oyuundan sonra mətbuat konfrasında iştirak edib: "çətin olacağını bilirdik. Rəqib yaxşı oyunu ilə seçilirdi. Hər iki komanda qalib gələ bilərdi. Nəticə ədalətli oldu. Komandam meydançada istədiyimiz bəzi elementləri verməyə çalışır. Bəzi çatışmazlıqlar var idi. Bizim üçün qol çatmadı. Hücumların sayı çoxdur. Tək bu oyunda deyil. Son 5-6 oyunda hamıdan çox hücum edirik, amma son nöqtəni qoya bilmirik. "Səbail"lə oyunda 18 hücum cəhdimiz oldu. Onlar isə bir hücum etdi və qol vurdu. Sadəcə, son dəqiqələrdə qol buraxdıq".