Cənubi Koreya çempionatında 35-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" növbəti görüşünə çıxıb. Komanda səfərdə "Suvon"la qarşılaşıb. Oyunda heç-heçə ilə bitib - 2:2. Anton da bu duelin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Daejeon" hazırda 47 xalla 8-ci pillədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest