Hər il dünya futbolunun ən qiymətli fərdi mükafatı olan "Qızıl top"u təqdim edən "France Football"un baş redaktoru Vinsent Qarsiya deyib ki, bu il arzu edilən mükafat uğrunda rəqabət çox gərgin keçib.
 
Matc.az xəbər verir ki, qurum rəsmisi bu barədə yerli mətbuata açıqlama verib: "Söhbətlər həmişə olub. Bu media oyunudur. "Qızıl top"un qalibini əvvəlcədən elan etmək istəyini başa düşürük. Lakin deyilənlərə həmişə inanmaq lazım deyil. Çünki çox az adam xəbərdardır bundan. Rəqabət çoxdur və əsas meyar fərdi performansdır. Kollektiv performans isə ikinci dərəcəli meyar olaraq qalır.
 
Qeyd edək ki, daha əvvəl bir neçə məşhur medialar "İnter"in hücumçusu Lionel Messinin karyerasında səkkizinci dəfə "Qızıl top"u qazanacağını yazıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest