29 Oktyabr 2023, 20:35
FUTBOL
Hər il dünya futbolunun ən dəyərli fərdi mükafatı olan "Qızıl top"u təqdim edən "France Football"un baş redaktoru Vinsent Qarsiya 2023-cü ildə "Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldonun namizədlər arasında olmamasının səbəbini açıqlayıb.
Matc.az xəbər verir ki, qurum rəsmisi bu barədə yerli mətbuata açıqlama verib: "Kristiano Ronaldonun yoxluğu komitədə müzakirə mövzusu deyildi. O, Dünya Kubokunda parlamadı və məhdud diqqət alan bir liqada oynayır. Buna baxmayaraq, o, böyük oyunçu olaraq qalır".
Qeyd edək ki, 2023-cü ilin "Qızıl top" mərasimi bazar ertəsi Parisdə keçiriləcək.