"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan La Liqanın 11-ci turunda evdə "Real"a məğlub olduqları oyundan (1:2) sonra komanda yoldaşlarından fərqli reaksiya gözlədiyini etiraf edib.
 
Matc.az xəbər verir ki, alman yarımmüdafiəçi komanda yoldaşlarının soyunub-geyinmə otağına qayıdanda onlar kimi qəzəblənəcəyinə ümid edib. Lakin İlkay səssiz reaksiya görəndə şoka düşüb: "Düzünü desəm, səhv bir şey demək istəmirəm. Amma mən, sadəcə, soyunub-geyinmə otağında idim və təbii ki, insanlar məyus oldular. Amma xüsusilə belə böyük oyundan və belə nəticədən sonra daha çox məyusluq, daha çox qəzəb və daha çox məyusluq istərdim. Bu kiçik bir problemdir. Daha çox emosiya olmalıdır. Xüsusən də uduzanda, daha yaxşı reaksiya vermədikdə o təsir meydançaya keçir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest