"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi cari mövsüm Avropanın “Top-5” liqasında 50 qol həddini keçən ilk komanda olub.
 
Komanda son olaraq ölkə kubokunun 1/16 finalında "Zandhauzen"i 5:2 hesabı ilə məğlub edib.
 
Beləliklə, "Bayer 04" keçirdiyi 14 oyunda 51 qola imza atıb.
 
Qeyd edək ki, Bundesliqa klubu Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"ı 5:1 hesabı ilə məğlub etmişdi. Bu komandalar arasında IV turun qarşılaşması noyabrın 9-da Bakıda baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest