"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandasının İngiltərə Liqa Kubokunda 1/4 finala yüksəlməsini şərh edib.

Matc.az xəbər verir ki, 4-cü turda doğma meydanda “Bləkbörn”ə qalib gələn (2:0) londonlular növbəti mərhələdə “Nyukasl”la qarşılaşacaq. Çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Bu turniri əlamətdar hesab etməliyik. Çünki avrokuboklarda çıxış etmədiyimiz üçün bunu İngiltərə kuboku ilə Premyer Liqaya bir fürsət kimi dəyərləndirməliyik. Təbii ki, biz bu yarışda qalib gələcəyimizi düşünməliyik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest