02 Noyabr 2023, 19:40
FUTBOL
"Bavariya"nın müdafiəçisi Matthij de Lit diz bağlarının zədələnməsi səbəbindən 4-6 həftəni buraxmaq məcburiyyətində qalacaq.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 24 yaşlı hollandiyalı Almaniya kubokunun 1/16 finalında "Saarbrüken"lə oyunda (1:2) zədələnib.
Qeyd edək ki, bu mövsüm de Lit "Bavariya"nın heyətində 10 oyun keçirib və 1 qol vurub.