"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba antidopinq qaydasını pozduğuna görə ən azı iki illik diskvalifikasiya ilə cəzalandırılacaq.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Ümumdünya Antidopinq Agentliyi ( WADA ) Poqbanın işinin Lozannadakı İdman Arbitraj Məhkəməsində ( CAS ) bircə iclasa çıxarılmasına icazə verməyəcək. Poqbanın iki variantı olacaq: antidopinq prokurorluğu ilə razılığa gəlmək və apellyasiya şansı olmadan qalmaq, ya da qərarından CAS-a şikayət verilə bilən Milli Antidopinq Tribunalına müraciət etmək. Birinci halda, Poqba günahını etiraf edə və diskvalifikasiya müddətini yarıya qədər - iki ilə qədər azaltmağa ümid edə biləcək.

Qeyd edək ki, oktyabrın 6-da Poqbanın testosteron üçün təkrar dopinq testinin müsbət çıxdığı məlum olub. Poqba məhkəmə müddətində futbol fəaliyyətindən uzaqlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest