"Real"n və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem qarşıdakı 5 il üçün hədəflərindən danışıb.
 
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Mən həmişə mümkün qədər optimistəm. Uduzacağımızı düşünüb oynamağın mənasını görmürəm. Hər il qalib ola biləcəyini düşünərək hər turnirə getməlisən. Əks halda, nə mənası var? Ona görə də hansı titulları qazanmaq istədiyimi dəqiq müəyyən etmək çətindir. Sadəcə, yaxşı nəticələr əldə etməyə və öz səviyyəmdə oynamağa davam etməyə üstünlük verirəm. Ailəm beş il ərzində sağlam və xoşbəxt olarsa, bu, ən vacib şeydir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest