02 Noyabr 2023, 21:31
FUTBOL
Erik ten Haq “Mançester Yunayted”in son 10 ildəki ən yaxşı baş məşqçisidi.
Matc.az xəbər verir ki, niderlandlı mütəxəssisin göstəriciləri özündən əvvəlki mütəxəssislərdən üstündü. 2022-ci ilin yayından bəri komanda onun rəhbərliyi altında 77 oyunun 48-də qələbə qazanıb. Bu, 62,34 faiz deməkdi. Ten Haq sabiq çalışdırıcı Aleks Ferqyusonun gedişindən (2013) bəri ən uğurlu nəticələrə imza atıb.
Ən zəif göstərici isə komandaya 2021-ci ilin sonundan 2022-ci ilin yayına qədər başçılıq edən Ralf Ranqnikə məxsus olub. O, keçirdiyi görüşlərin 37,93 faizində qələbə üzü görüb.
Ole Qunnar Sulşer (2018-2021) 54,17%, Joze Mourinyo (2016-2018) 58,33%, Lui van Qal (2014-2016) 52,43%, David Moyes (2013-2014) isə 42,5%-lik göstəriciyə imza atıb.