02 Noyabr 2023, 21:51
FUTBOL
Niderland millisinin sabiq futbolçusu Bas Dost karyerasını başa vurub.
Matc.az xəbər verir ki, bunu 34 yaşlı hücumçu özü açıqlayıb. “Neymegen”in forvardını bu addımı atmağa vadar edən səbəb Niderland çempionatının X turunda “Alkmar”la görüşdə huşunu itirməsi olub. O, başına gələn bu hadisədən sonra futboldan getmək qərarına gəldiyini bildirib: “Başıma gələnlərin səbəbini kardioloqumdan öyrəndim. Analizlər göstərdi ki, məndə ürək əzələsinin iltihabı (miokardit) var. Bunun nəticələri çox ağır ola bilər. Testlər yaxın günlərdə davam edəcək, sonra evə gedəcəm və tam sağalmaq üçün istirahət etməliyəm. Futbola ara verib, ailəmlə vaxt keçirəcəyəm”.
Qeyd edək ki, Bas Dost 2015-2018-ci illərdə Niderland millisində çıxış edib.