02 Noyabr 2023, 22:29
FUTBOL
"NEC Nijmegen"in hücumçusu Bas Dost karyerasını bitirdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, oktyabrın 30-da Erediviziyanın 10-cu turunun "Alkmaar"la oyununda 34 yaşlı futbolçu huşunu itirib. 90-cı dəqiqədə 2:1 hesabı "NEC Nijmegen"in xeyrinə olan zaman forvard meydançanın mərkəzində yıxılıb. Bundan sonra qıcolmaları başlayıb. Futbolçunu xərəkdə meydançadan çıxaranda o, huşunu itirib. Oyundan sonra klub oyunçunun xəstəxanada olduğunu bildirən açıqlama yayıb. Futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Mənə nəyin səbəb olduğunu "Alkmaar" ilə matçda öyrəndim. Son günlərdə çoxlu testlər keçirmişəm ki, məndə ürək əzələsinin iltihabı (miokardit) var. Səbəblər fərqli ola bilər, amma nəticələri ciddi ola bilər. Çox bəxtim gətirdi ki, meydanda xilas oldum. Mənə kömək edənlərə necə minnətdar olduğumu sözlə ifadə edə bilmirəm. Tezliklə evə gedəcəm və tam sağalmaq üçün bir az dincəlməliyəm. Hələlik futbola fasilə verib yaxın gələcəyi ailəmlə keçirəcəyəm”.