Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Bayer”in aparıcı futbolçusu Florian Virts Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.
 
Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi artıq qış fasiləsində 20 yaşlı yarımmüdafiəçisini itirə bilər. Çünki bir çox klub uzun müddətdi onu izləyir. Onunla konkret olaraq “Barselona”, “Real”, “Arsenal”, “Mançester Siti”, “Bavariya” və “Tottenhem” maraqlanır. Bundesliqanın lideri gənc oyunçusunun satışından təxminən 80-100 milyon avro qazanc əldə etməyi planlaşdırır.
 
Qeyd edək ki, Florian Virts bu mövsüm Bundesliqada keçirdiyi 9 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest