02 Noyabr 2023, 23:17
FUTBOL
“Real”ın yarımmüdafiəçisi Aurelien Tçuameni İspaniya La Liqasının XI turunda “Barselona” ilə səfər oyununun (2:1) birinci hissəsində zədələnib.
Matc.az xəbər verir ki, fransalı futbolçu ayağında ağrılar hiss etsə də, bunu gizli saxlayıb. Belə ki, gənc oyunçu bu barədə məşqçilər korpusuna məlumat verməyib. O, komandasının “El Klasiko”da hesabda geridə olduğunu nəzərə alaraq, meydanda qalmaq istəyib. İndi 23 yaşlı orta sahə oyunçusunun bir neçə həftəlik komandadan ayrı qalmaq ehtimalı var.
Qeyd edək ki, Aurelien Tçuameni bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 1 qol vurub.