02 Noyabr 2023, 23:50
FUTBOL
"Monpelye"nin müdafiəçisi Mamadu Sako komandanın baş məşqçisi Mişel Ter-Zakarian ilə münaqişədən sonra klubu tərk etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, ötən həftə mətbuatda futbolçunun ona ağlayan dediyi iddia edilən mütəxəssisin iradlarından narazı qaldığı üçün paltardəyişmə otağında məşqçiyə hücum etdiyi barədə xəbərlər yayılmışdı. Sako Ter-Zəkaryanın yaxasından tutub itələyib. Futbolçu bu barədə şəxsi sosial hesabında paylaşım edib: “İnsanların sənə artıq hörmət etmədiyi bir vaxtda masanı tərk etməyi bacarmalısan. Keçən həftə baş verən və günahkar olmadığım hadisəyə görə "Montpelye" ilə əlaqəmi dayandırmaq qərarına gəldim. Bu komandada iki il keçirdim. Burada məmnuniyyətlə vaxt keçirdim və təcrübəmi bölüşdüm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Klubda olduğum müddətdə mənə münasibətinə görə idman direktoruna xüsusi təşəkkür edirəm. Kişi kimi tanış olduq, kişi kimi ayrıldıq".
Qeyd edək ki, Sako “Monpelye”yə 2021-ci ilin yayında “Kristal Pelas”dan keçib. Bu mövsüm fransalı bir matçda iştirak edib.