Müayinə zamanı 20 yaşlı futbolçunun diz əzələlərində zədə aşkarlanıb. Onun təxminən 2-4 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Qalatasaray”la keçirilən oyunda zədələnib. Matc.az xəbər verir ki, gənc oyunçu komandasının 2:1 hesablı qələbə qazandığı görüşün 40-cı dəqiqəsində xəsarət alıb.
 
Onun əvəzinə meydana Tomas Müller meydana daxil olub. Müayinə zamanı 20 yaşlı futbolçunun diz əzələlərində zədə aşkarlanıb. Onun təxminən 2-4 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
 
Qeyd edək ki, Camal Musiala bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 14 oyunda 4 qol vurub, 3 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest