09 Noyabr 2023, 09:55
FUTBOL
Vinisius və Rodriqo “kral klubu”nun heyətində ÇL-də ən çox qol vuran braziliyalı olublar. Hər ikisi qitənin ən nüfuzlu klub turnirində 17-ci qoluna imza ataraq, həmyerliləri Roberto Karlosu geridə qoyub.
“Real”ın hücumçuları Vinisius Junior və Rodriqo klub tarixinə düşüblər. Matc.az xəbər verir ki, onlar Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Braqa” (3:0) ilə görüşdə buna nail olublar.
Belə ki, Vinisius və Rodriqo “kral klubu”nun heyətində ÇL-də ən çox qol vuran braziliyalı olublar. Hər ikisi qitənin ən nüfuzlu klub turnirində 17-ci qoluna imza ataraq, həmyerliləri Roberto Karlosu geridə qoyub.
Qeyd edək ki, Vinisius 2018-ci, Rodriqo isə 2019-cu ildən “Real”da çıxış edir.