“Qırmızı şeytanlar” birinci hissədə 2:0 hesabı ilə öndə olsa da, bunu qoruya bilməyib və meydanı 3:4 hesablı yenilgi ilə tərk edib.

“Mançester Yunayted” tarixində ilk dəfə Çempionlar Liqasında (ÇL) 2 top fərqi ilə öndə olduğu oyunda uduzub. Matc.az xəbər verir ki, bu, qrup mərhələsinin IV turunda “Kopenhagen”lə Danimarkadakı görüşdə baş verib.
 
“Qırmızı şeytanlar” birinci hissədə 2:0 hesabı ilə öndə olsa da, bunu qoruya bilməyib və meydanı 3:4 hesablı yenilgi ilə tərk edib.
 
Bundan başqa, İngiltərə klubu bu mövsüm keçirdiyi 17 oyunun 9-da məğlub olub. Komanda sonuncu dəfə belə uğursuz göstəriciyə 1973-74 mövsümündə imza atıb. Həmin il “mankunianlar” Premyer Liqanı tərk etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest