Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Qalatasaray”ı qəbul edən “Bavariya” ardıcıl 4-cü qələbəsini (2:1) qazanaraq, 1/8 finala vəsiqəni rəsmiləşdirib. Matc.az xəbər verir ki, qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib.

Tomas Tuxel qələbəyə baxmayaraq, istənilən performansı ortaya qoymadıqlarını düşünür. Onun həmkarı Okna Buruk isə hakimlikdən şikayətlənib.

Tomas Tuxel (“Bavariya"nın baş məşqçisi): “Əlimizə düşən şanslardan istifadə etdik. Sürətli hücumlar zamanı kifayət qədər təsirli olmadıq. Bizdə dəqiqlik çatmırdı və çox səliqəsiz idik. Bu, ağır təqvimlə bağlı ola bilər. Rəqibin cərimə meydançasında o qədər də aqressiv deyildik. Ümumilikdə komandanın çıxışından qürur duyuram. Qələbəni təbii qəbul etmək olmaz. Biz ac qalacağıq”.

Okan Buruk (“Qalatasaray”ın baş məşqçisi): “Yüksək səviyyədə təşkilatlanmış komanda ilə qarşılaşdıq. Matçın böyük hissəsini rəqiblə başabaş keçirdik. Qırılma anları oldu. Məsələn, Deyvis ikinci sarı vərəqə almalı idi. Vurduqları qoldan əvvəl isə oyunçumuza qarşı kobud oynamışdılar. Sayılmayan bir qolumuz oldu. Hakimin ilk Çempionlar Liqası təcrübəsi idi. Referi nəticəyə təsir edən iki kobud səhvlə yadda qaldı”.

Qeyd edək ki, hazırda “Bavariya”nın aktivində 12, “Qalatasaray”da isə 4 xal var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest