"Dörd oyun keçirdik, əvvəlki üç görüşdə çox yaxşı çıxış etsək də, cəmi 1 xal qazandıq. Ümumi mənzərəyə baxanda, indi 4 xalla ikinci yerə layiqik"

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Kopenhagen”in qonağı olan “Mançester Yunayted” drammatik alınan görüşdə 3:4 hesabı ilə uduzub. Matc.az xəbər verir ki, komandaların baş məşqçiləri qarşılaşmanın ardından futbolçularının çıxışını dəyərləndirib:
 
Yakob Neestrup (“Kopenhagen”in baş məşqçisi): “Çılğın matç oldu. Dörd oyun keçirdik, əvvəlki üç görüşdə çox yaxşı çıxış etsək də, cəmi 1 xal qazandıq. Ümumi mənzərəyə baxanda, indi 4 xalla ikinci yerə layiqik. “Kopenhagen”in bir məqsədi var - yeni ildə də Çempionlar Liqasında yer almaq”.
 
Erik ten Haq (“Mançester Yunayted”in baş məşqçisi): “Qırmızı vərəqə alana qədər çox yaxşı oynadıq. Markus Reşfordun qırmızı vərəqəsi hər şeyi dəyişdi. Mövsüm uzundu, nə vaxtsa vəziyyət bizim xeyrimizə dəyişəcək. Fasilədən sonra daha yaxşı idik. Sadəcə, sonda diqqətimizi itirdik. 10 oyunçu ilə bu qədər uzun müddət oynamaq çətindi”.
 
Qeyd edək ki, hazırda A qrupunda “Kopenhagen” 4 xalla ikinci, “Mançester Yunayted” isə 3 xalla dördüncü yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest