"Uşaqlar aqressivlik və qətiyyət nümayiş etdirdi. Topu itirəndə belə, onu geri almaq üçün inanılmaz yaxşı oynadıq"

“Arsenal” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb. Matc.az xəbər verir ki, Premyer Liqa klubu qrup mərhələsinin IV turunda “Sevilya”nı 2:0 hesabı ilə üstələyib.
 
“Topçular”ın baş məşqçisi Mikel Arteta da qarşılaşmadan sonra yetirmələrindən razılıq bildirib. Onun “Sevilya”dakı həmkarı Dieqo Alonso isə zəif çıxış etdiklərini gizlətməyib.
 
Mikel Arteta (“Arsenal”ın baş məşqçisi): “Əlbəttə, komandanın oyunundan çox razıyam. Uşaqlar aqressivlik və qətiyyət nümayiş etdirdi. Topu itirəndə belə, onu geri almaq üçün inanılmaz yaxşı oynadıq. Avropada topa bizim kimi nəzarət etmək çətindir. “Sevilya”ya meydanın sizə aid hissəsində oynamaq imkanı versəniz, təhlükəli komandaya çevrilirlər. Biz yalnız bir vuruşa icazə verdik”.
 
Dieqo Alonso (“Sevilya”nın baş məşqçisi): “Oyun üçün hazırladığımız planı həyata keçirmədik. Rəqibimiz daha yaxşı idi. Hədəflədiyimizdən çox uzaq oyun idi. Başımızı aşağı sala bilmərik, çünki bazar günü derbidə vəziyyəti dəyişmək üçün əla fürsətimiz var”.
 
Qeyd edək ki, “Arsenal” hazırda 9 xalla B qrupuna başçılıq edir. Son pillədəki “Sevilya”nın isə aktivində 2 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest