Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer” ideal heyətlə çıxış etməyəcək. Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso ehtiyat qüvvəyə üstünlük verəcək.
 
İspaniyalı mütəxəssis şans verəcəyi oyunçuları da artıq müəyyənləşdirib. Belə ki, matçlarda az iştirak edən qapıçı Matey Kovarj, müdafiəçilər Yosip Stanisiç, Pyero İnkape, yarımmüdafiəçilər Robert Andrix, Natan Telya və Amine Adlinin bu gün start heyətində meydana çıxması gözlənilir.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest