Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsinin son oyunu üçün heyətini sabah açıqlayacaq. Matc.az xəbər verir ki, bunu italiyalı mütəxəssis özü bildirib.
 
O, Serbiya ilə yoxlama görüşündə və Azərbaycanla seçmə mərhələ matçında xidmətindən yararlanacağı futbolçuları müəyyənləşdirməkdə çətinlik çəkir. Buna səbəb heyətdə bir neçə itkinin olmasıdı.
 
Yarımmüdafiəçi Şarl de Ketelare məşq zamanı dizindən xəsarət aldığı üçün yığmada ilin son qarşılaşmalarını buraxa bilər. Digər orta sahə oyunçusu Torqan Azarın da durumu qeyri-müəyyəndi. Müdafiəçi Yan Vertongen isə hələ tam sağalmadığı üçün heyətdə yer almayacaq. 
 
Qeyd edək ki, Belçika noyabrın 15-də Serbiya, 19-da isə Azərbaycanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest