“Çelsi"nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel Rusiyada keçirilən dünya çempionatı zamanı atasının qaçırılmasından danışıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçunun sözlərinə görə, klubun o vaxtkı sahibi Roman Abramoviç ona atasını xilas etməkdə kömək təklif edib: “Atam 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatında mən milli komanda ilə Argentinaya qarşı qrup oyunu keçirilən ərəfədə qaçırıldı. Roman Abramoviçin dediyi yadımdadır: “İstəyirsən ki, mən adam göndərim? Çünki bilirəm ki, adam göndərsəm, atanızı qurtara bilərəm”. Bunu necə edəcəyini soruşdum. Dedi: “Buna görə narahat olma. İcazə verin, əgər sizə bu seçim lazımdırsa, mən bunu edə bilərəm”.

Qeyd edək ki, nigeriyalı 2006-2017-ci illərdə "Çelsi"də çıxış edib. Abramoviç London klubunu 2003-cü ildə alıb. Lakin Ukraynadakı anti-Rusiya sanksiyaları səbəbindən klubu 2022-ci ildə satmaq məcburiyyətində qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest