09 Noyabr 2023, 21:59
FUTBOL
Mərkəz yarımmüdafiəçi Federiko Valverde və “Real” 2027-ci ildə başa çatan müqaviləni uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni sözləşmə 2029-cu ilə qədər nəzərdə tutulub. 25 yaşlı uruqvaylı 2016-cı ildən "Real"da çıxış edir.
Qeyd edək ki, bu mövsüm Valverde Madrid komandasının heyətində 32 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.