"Tottenhem"in hücumçusu Riçarlison qasıq nahiyəsindən əməliyyat olunub.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı forvard klub həkimlərinin nəzarəti altında reabilitasiya keçəcək. Bundan sonra məşqlərə qayıdacaq. Braziliyalı yəqin ki, noyabrda keçiriləcək millinin oyunları üçün fasilədən sonra məşq prosesini bərpa edəcək.

Qeyd Edək ki, bu mövsüm Riçarlison bütün turnirlərdə 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest