“Mançester Yunayted"in hücumçusu Markus Reşfordun qardaşı Deyn Reşford ABŞ-da həbs edilib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İngilis futbolçunun 31 yaşlı qardaşı oktyabrın 20-də Floridada polis tərəfindən saxlanılıb və ertəsi gün məhkəmə qarşısına çıxıb. Ona qarşı məişət zorakılığı ittihamı irəli sürülüb. Həbsindən bir həftə sonra o, zaminə buraxılıb. Yeni məhkəmə iclası noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Reşfordun agenti futbolçunun digər qardaşı Dueyn Meynarddır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest