10 Noyabr 2023, 14:01
FUTBOL
Türkiyənin "Beşiktaş" klubu əsas komandada müvəqqəti baş məşqçi vəzifəsini icra edən Burak Yılmazla yollarını ayırdığını açıqlayıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə sosial şəbəkədə məlumat yayıb.
"Ağ-qaralar" keçmiş futbolçuya komandadakı xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında ona uğurlar arzulayıb.
Xatırladaq ki, "Beşiktaş" cari mövsüm Türkiyə Super Liqasının turnir cədvəlində 11 oyuna 19 xal toplayıb və 5-ci pillədə qərarlaşıb. İşləri yolunda getməyən İstanbul klubu Avropa Konfrans Liqasında isə 4 oyuna cəmi 1 xal toplayıb və hazırda qrupda sonuncudur.