"Bərabərlik qolunu vursaq da, ləğv olundu. Lakin həm qol 100 faiz sayılmalı idi. Komandam kifayət qədər aqressiv çıxış etmədi".

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının qrup mərhələsinin IV turunun "Tuluza" ilə matçından sonra (2:3) açıqlama verib. Matc.az xəbər verir ki, o, rəqibin daha güclü olduğunu etiraf edib:
 
"Bərabərlik qolunu vursaq da, ləğv olundu. Lakin həm qol 100 faiz sayılmalı idi. Komandam kifayət qədər aqressiv çıxış etmədi. Rəqibimiz bütün məqamlarda bizi üstələdi. Topu asanlıqla itirirdik. Daha çox epizodlar yaratmalıydıq.
 
Üç qol buraxmağımız heç bir halda qəbuledilməzdir. "Tuluza" daha güclü və aqressiv çıxış etdi. Onları təbrik edirəm! Etiraf edək ki, bu gecə onlar əla idilər. Bu matçdan dərs çıxarmalıyıq".
 
"Qırmızılar" Avropa Liqasının E qrupunun turnir cədvəlində 9 xalla birinci, "Tuluza" isə 7 xalla ikincidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest