"Oyundan öncə tarixi matçın olacağını, həqiqətən, hiss edirdik. Sırf bu məqam komandanı və azarkeşləri motivasiya etməkdə bilavasitə rol oynadı".

"Tuluza"nın baş məşqçisi Karles Martines Avropa Liqasının qrup mərhələsinin IV turunun "Liverpul"la görüşünü (3:2) dəyərləndirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçularını təbrik edib:
 
"Oyundan öncə tarixi matçın olacağını, həqiqətən, hiss edirdik. Sırf bu məqam komandanı və azarkeşləri motivasiya etməkdə bilavasitə rol oynadı. Futbolçularımı təbrik edirəm! Onlar 1-ci dəqiqədən sona qədər inanılmaz çıxış etdilər".
 
"Tuluza" Avropa Liqasının E qrupunun turnir cədvəlində 7 xalla ikinci, "Liverpul" isə 9 xalla birincidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest