10 Noyabr 2023, 15:18
FUTBOL
"İtaliyadakı oyunda əsl "Slaviya" ilə oynamamışdıq. Qrupda ikinci yerdəyik. Qarşıdakı oyunlarda əlimizdən gələnin ən yaxşısını etməliyik".
"Roma"nın hücumçusu Andrea Belotti Avropa Liqasının qrup mərhələsinin IV turunun "Slaviya"ya məğlubiyyətini (0:2) şərh edib. Matc.az xəbər verir ki, o, digər oyunlarda daha yaxşı çıxış etməli olduqlarını deyib:
"İtaliyadakı oyunda əsl "Slaviya" ilə oynamamışdıq. Bilirdik ki, səfərdə fərqli komanda ilə qarşılaşacağıq. Fasilə zamanı fərqli oynamalı olduğumuzla bağlı danışdıq, amma olmadı.
Qrupda ikinci yerdəyik. Qarşıdakı oyunlarda əlimizdən gələnin ən yaxşısını etməliyik. Mümkün qədər çox qol vurmalı və növbəti mərhələyə çıxmaq üçün savaşmalıyıq".
"Slavia" və "Roma" hazırda Avropa Liqasının G qrupunda 9 xalla müvafiq olaraq, 1 və 2-ci pillələri bölüşdürürlər.