"Naqelsmannla danışdım. Onunla razılıq əldə etdik: Yulian hazırda məni yığmaya dəvət edə bilmir. Lakin qarşıdakı müddətdə milliyə dönmək ehtimalım hələ də var".

"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya millisinə dönmək istəyir. Matc.az xəbər verir ki, o, məsələ ilə bağlı yığmanın baş məşqçisi Yulian Naqelsmannla əlaqə saxladığını bildirib:
 
"Naqelsmannla danışdım. Onunla razılıq əldə etdik: Yulian hazırda məni yığmaya dəvət edə bilmir. Lakin qarşıdakı müddətdə milliyə dönmək ehtimalım hələ də var. Almaniya yığmasına qayıtmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm".
 
Almaniyalı qolkiper ayağı sındığı üçün uzun müddətdən sonra, oktyabrın 28-də ilk dəfə Bundesliqada "Bavariya"nın heyətində "Darmştadt"la matçda iştirak edib. Münhenlilər bu görüşdə 8:0 hesabı ilə qalib gəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest