26 Noyabr 2023, 13:57
FUTBOL
"Arsenal"ın hücumçusu Kay Haverts İngiltərə Premyer Liqasının XIII turunun "Brentford"la görüşünü (1:0) dəyərləndirib. Matc.az xəbər verir ki, komandasının qələbə qolunu vuran forvard baş məşqçiləri Mikel Artetanın söylədiyi kimi, qələbəyə layiq olduqlarını deyib:
"Bukayo Sakanın mənə etdiyi ötürmə əla idi. Düşündüm ki, bunu niyə məntiqi sonluqla bitirməyim? Nəticədə, dəqiq zərbə vurdum və qol oldu. Oyun ərzində rəqibin bir və ya iki yaxşı qol epizodu oldu. Oyuna nəzarət bizim tərəfimizdə idi. Yaxşı oynadıq. Qələbəyə layiq idik".
Almaniyalı Haverts cari mövsüm "topçular"ın heyətində 13 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Arsenal" hazırda ölkə çempionatının turnir cədvəlində 30 xalla birincidir. Onların ən yaxın izləyicisi 29 xalla "Mançester Siti"dir.