08 Dekabr 2023, 18:20
FUTBOL
“Liverpul"un baş məşqçisi Yurgen Klopp zədəli müdafiəçi Coel Matiplə bağlı vəziyyəti şərh edib.
Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu çarpaz bağlarından zədə aldığı üçün mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyub. Onun klubla müqaviləsi yayda başa çatır. Çalışdırıcı onunla bağlı açıqlama verib: “Demək olar ki, klub öz səviyyəsini göstərəcək. Coel və mən vəziyyətin necə inkişaf edəcəyinə qərar verməliyik. O, müqaviləyə layiqdirmi? Bəli, mən belə deyərdim. Amma bu mənim qərarım deyil”.
Qeyd edək ki, Matip 2016-cı ilin yayında "Şalke"dən "Liverpul"a keçib. Bu mövsüm o, klubun heyətində 14 oyun keçirib.