08 Dekabr 2023, 18:40
FUTBOL
Erik ten Haq noyabr ayı üçün Premyer Liqada ayın baş məşqçisi seçilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Mükafat uğrunda Eddi Hou (Nyukasl), Andoni İraola (Bornmut) və Rob Edvards (Luton) da mübarizə aparıb. Bu mövsümün əvvəlində Ange Postecoglou (Tottenhem) ardıcıl üç dəfə ayın məşqçisi olub.
Qeyd edək ki, noyabrda "Mançester Yunayted" Premyer Liqanın hər üç oyununda qalib gəlib - "Fulhem" (1:0), "Luton" (1:0) və "Everton" (3:0).