“Əl-Hilal”ın və Portuqaliya millisinin yarımmüdafiəçisi Ruben Neves 26 yaşında İngiltərənin “Vulverhempton” klubundan Səudiyyə Ərəbistanı klubuna keçmək qərarının səbəbini açıqlayıb.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Əlbəttə, səbəblərdən biri də puldur. Burada ondan xilas ola bilməzsən. Amma çoxlarının bizim bunu sadəcə olaraq dediyimizi düşünməsinə baxmayaraq, həqiqətən də burada bizə çox ciddi bir layihə təqdim olunur. Çoxları ölkənin və oradakı futbolun necə inkişaf etdiyini, bir neçə ildən sonra necə ola biləcəyini bilmir. İnanıram ki, iki-üç ildən sonra bura heyrətamiz çempionat olacaq”.
Qeyd edək ki, Neves bu mövsüm bütün turnirlərdə 19 “Əl-Hilal” matçında 2 qol və 3 məhsuldar ötürmə edib.