08 Dekabr 2023, 21:55
FUTBOL
Fransa millisinin heyətində dünya çempionu olan müdafiəçi Rafael Varan “Mançester Yunayted”in ümumi komandası ilə məşqlərə qayıdıb.
Matc.az xəbər verir ki, noyabrın 11-dən belindəki problemlərə görə oynamayan 30 yaşlı futbolçu "Mançester Yunayted"in cümə məşqində iştirak edib. Sabah, dekabrın 9-da Premyer Liqanın 16-cı turu çərçivəsində "Mançester Yunayted" doğma meydanda "Bornmut"u qəbul edəcək. Futbolçunun meydana çıxıb-çıxmayacağı bəlli deyil.