"Hər şey başqalarının verdiyi qərarlara əməl etməyə məcbur olub-olmamağınızdan və ya özünüz qərar vermək istəməyinizdən asılıdır"

“Bayer"in baş məşqçisi Xabi Alonso Leverkuzen klubundan mümkün gediş mövzusunda danışıb.

Matc.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Real”dan ayrılacağı təqdirdə Karlo Ançelottinin yerinə əsas namizədlərdən biridir. "Bavariya" da ispaniyalının xidmətində maraqlıdır. Çalışdırıcı bu barədə açıqlama verib: “Hər şey başqalarının verdiyi qərarlara əməl etməyə məcbur olub-olmamağınızdan və ya özünüz qərar vermək istəməyinizdən asılıdır. İndiyə qədər mənə hər şey aydın olub. Zamanın hər şey üçün münasib olduğunu hiss edəndə, özüm qərar verəcəm. Heç nə üçün tələsmirəm. Mən çox xoşbəxtəm”.

Qeyd edək ki, hazırda “Bayer” Bundesliqa turnir cədvəlinin zirvəsindədir və Avropanın ən yaxşı 5 liqasından bu mövsüm heç bir matçda məğlub olmayan yeganə klubdur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest