Hoqmo yeni ildən Yaponiya klubu “Urava Red Diamonds”a rəhbərlik edəcək. Tərəflər arasında artıq müqavilə imzalanıb.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hekken”də baş məşqçi Per-Matias Hoqmo ilə bağlı qərar verilib. Matc.az İsveç mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis ilin son rəsmi görüşünün ardından komandanı tərk edəcək.
 
64 yaşlı çalışdırıcı özü açıqlamasında bildirib ki, “Qarabağ”la oyun onun “Hekken” karyerasında son qarşılaşma olacaq. Hoqmo yeni ildən Yaponiya klubu “Urava Red Diamonds”a rəhbərlik edəcək. Tərəflər arasında artıq müqavilə imzalanıb.
 
Qeyd edək ki, “Qarabağ” – “Hekken” oyunu dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest