Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək iki oyunun VAR təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, “Qəbələ” – “Kəpəz” görüşündə bu işi Nicat İsmayıllı görəcək.
 
Qarşılaşmada AVAR Kamran Bayramov olacaq.
 
“Zirə” – “Araz-Naxçıvan” matçında isə VAR otağında Rauf Allahverdiyev əyləşəcək. Kamranbəy Rəhimov da AVAR kimi fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” oyunu saat 15:00-da, “Zirə” – “Araz-Naxçıvan” görüşü isə 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest