Türkiyə I Liqasında XV tura bu gün start verilib. Azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" isə "Bodrumspor"un qonağı olub.

Türkiyə I Liqasında XV tura bu gün start verilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu – Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" isə "Bodrumspor"un qonağı olub. Bəxtiyarın komandası meydandan 1 xalla ayrılıb. 
 
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin komandası "Ümraniyəspor" isə evdə "Keçiörəngücü"nü qəbul edib. Gərgin keçən görüşdə ev sahibi komandası qalib gəlib. Coşqun dueldəki 2-ci qolun sahibi olub. 
 
I Liqa
XV tur
 
 "Bodrumspor" - "Tuzlaspor" 1:1
 "Bandırmaspor" - "Kocaelispor" 0:3
 "Ümraniyəspor" - "Keçiörəngücü" 2:0
 "Sakaryaspor" - "Giresunspor" 3:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest