Ümumi olaraq "Qəbələ"nin oyununu təhlil etmişdik. Bilirdik ki, ön xəttdə rəqibi sıxmağı bacarırlar. Sürətli hücumlar qurmağa və imkan düşdükcə də istifadə etməyə çalışdıq.
“Yaxşı təşkil edilmiş komandaya qarşı çıxış etdik”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edən “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.
Çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib: “Şükür olsun Allaha ki, azarkeşlərimiiz sevindirə bildik. Bütün azarkeşlərə təşəkkür edirəm ki, bizi tək buraxmırlar. Yaxşı təşkil edilmiş komandaya qarşı çıxış etdik. "Qəbələ"yə qalib gəldiyimiz üçün çox sevinirəm. Hər zaman ön sıralarda gedən komanda olub. Elmar müəllim və komandasına gələcək oyunlarda uğurlar arzu edirəm. Rəhbərlik komandanın yanındadır. Daim dəstəklərini göstərir. Bu da vacib amildir. Biz də çalışırıq ki, öz tapşırıqlarımızı verək ki, komandanı oyuna hazır edək. Bu gün etdiklərimiz tam olaraq istədiklərimiz deyil. Qarşıda oyunlar var. Formaya düşmək istəyirik. Ümumi olaraq "Qəbələ"nin oyununu təhlil etmişdik. Bilirdik ki, ön xəttdə rəqibi sıxmağı bacarırlar. Sürətli hücumlar qurmağa və imkan düşdükcə də istifadə etməyə çalışdıq.
Çalışdırıcı futbolçu Şakirə güvəndiyini də deyib: Şakir Bakı Akademiyasnın yetirməsidir və onun potensialına bələdəm. Güvənirdim ona. Bu gün onu mərkəzə çəkdik. İstədiyimizə nail olduq. Hər zaman deyirəm ki, gənc futbolçulara şams verməliyik. Bu oyunda Əli Səmədov və Cavad Kərimovu meydana buraxdım ki, gələcək üçün nəsə qazanaq. Bu təməl addım idi”.