"Qəbələ"yə cavabdeh şəxs mənəm. Yenə deyirəm, hər məsələyə açığam. Rəhbərlik də komandanı gücsüz görürsə, "Qəbələ" üçün ən yaxşısını etməyə hazıram.
“Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm”.
Matc.az xəbət verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Kəpəz”ə 3:0 hesabı ilə uduzan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib: “Başa düşürdük ki, sonuncu pillədən qurtulmaq üçün qələbə vacibdir. Həftəlik tsikılda da futbolçuların istəkli olduğunu görüdük. Sadəcə istədiyimiz oyun alınmadı. Belə başa düşürəm ki, problem özümüzdədir. Rəqibə qələbə qazanmaq üçün hər şansı verdik. Çempionatın ortasıdır. İstək daha da artmalıdır. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Səhvlərimizdən sonra rəqib daha da aktiv olurdu. Bəzi şeyləri düzəltməliyik ki, hər şey daha yaxşı olsun. Problem məndədir ki, komanda uduzur. "Qəbələ"yə cavabdeh şəxs mənəm. Yenə deyirəm, hər məsələyə açığam. Rəhbərlik də komandanı gücsüz görürsə, "Qəbələ" üçün ən yaxşısını etməyə hazıram”.