"Real”ın baş məşqçisi Karlo Ançelotti karyerasının Braziliya millisində mümkün davamı haqda danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu  barədə yerli mətbuata açıqlama verib: “Real”da  xoşbəxtəm. Şübhəsiz ki, Braziliyaya maraq var, amma mənim “Real” ilə müqaviləm iyunun 30-da başa çatır. Ona görə də düzgün qərar vermək üçün hələ vaxt var”.

Xatirladaq ki, Braziliya Futbol Konfederasiyasının guya müqaviləsi olan Ançelottinin qərarını dəyişməyəcəyi və 2024-cü ilin yayında milli komandaya rəhbərlik edəcəyi ilə bağlı hüquqi təminatları var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest