Təklif yoxdu. Millidən təklif olarsa, "Araz-Naxçıvan"dan getməlisən. Hər şeyə rəhbərlik qərar verir. Mən heç vaxt getməkdən qorxmamışam. İş barəsində sıxıntım yoxdur.
“Mən heç vaxt getməkdən qorxmamışam. İş barəsində sıxıntım yoxdur”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Zirə” ilə 0:0 hesablı heç-heçə edən “Araz-Naxşıvan”ın baş məşqçisi Azər Bağırov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Maraqlı oyun alındı. Komandalar baxımlı mübarizə aparırdı. Birinci hissədə qol epizodlarından yararlana bilmədik. Yolumuza davam edəcəyik. İşimiz çoxdur. "Araz-Naxçıvan" Premyer Liqada olmadığı üçün legioner futbolçunun komandaya gəlməsinə mane olurdu. Komandanın "Transfermarkt"da olmaması, maliyyəsinin zəif olması bizə çətinlik yaradırdı. Biz hətta ilkin olaraq razılaşan futbolçuların ikisini gətirmişik. Əlimizdə olan futbolçulardan maksimum istifadə edib bu yerə qədər gəlib çıxımışıq. Yerli futbolçu çatışmazlığımız var. Bu barədə qış fasiləsində düşünəcəyik. "Araz-Naxçıvan"a ilin əvvəlində istədiyimiz 20 futbolçudan ikisi gəldi. Həm çempiontatın lideri ilə yaxşı mübarizə apardıq. Qalib gələ biləcəyimiz oyunda məğlub oldu. Niyə də yox kimi düşüncələr var. Yaxşı yerlər uğrunda mübarizə aparmalıyıq. Bu gün futbolçulardan istədiyim bir şey var ki, meydanda maksimumu etməliyik”.
Çalışdırıcı transferlərdən də danışdı: “Müdafiədə sırf boşluğumuz yoxdur. Bizim fəlsəfəmiz budur ki, cinah müdafiəçilərimiz hücumda da oynayırlar. Məsələn, müdafiəçi həm də hücumçu olmalıdır. Bizdə nöqtəni qoya biləcək futbolçuya ehtiyacımız var. Orxan bu işin üzərində işləyir. Düzdür, onda o qədər də yaxşı alınmır, amma ümid edirəm ki, alınar. Bu gün heç kim öz yaxşı futbolçusunu bizə verməyəcək. Amma transferlər etməyə çalışacağıq”.
Azər Bağırov hakimliklə bağlı etirazlarını bildirdi: “Bir az emosiyalara qapılırıq. Heç vaxt hakimdən şikayət etməmişəm, bu gün də etməyəcəm. Hakimlərə həm meydanda, həm də meydandan kənarda dəstək olmalıyıq. Hər bir halda yaxşı yerdə olmaq istəyirik. Bir xal belə bizim üçün qənimətdir. Növbəti oyunumuz "Sabah"ladır. Onlar Azərbaycanda 3 ən yaxşı klubdan biridir. Həm oyunçu ehtiyatına görə, həm də səviyyəsinə görə. İnşallah yaxşı yeri tutub, fasiləyə yollanarıq. Ondan sonra da yaxşı planlar qurarıq.
Baş məşqçi adının milli komandanın baş məşqçi postunda hallanmasına da fikirlərini söylədi: “-Təklif olmayıb hələ, müzakirə mövzusu olmayıb bu. Amma fikrimcə məşqçi bir yerdə çalışmalıdır. Məşqçilik elə-belə sənət deyil. Millidə işləyə hər bir şəxs maksimunu ora qoymalıdır. Klub yaddan çıxmalıdır. Təklif yoxdu. Millidən təklif olarsa, "Araz-Naxçıvan"dan getməlisən. Hər şeyə rəhbərlik qərar verir. Mən heç vaxt getməkdən qorxmamışam. İş barəsində sıxıntım yoxdur”.